Mikayıl Cabbarov: "Azərbaycan IsDB ilə tərəfdaşlığn gücləndirməkdə maraqlıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İslam İnkişaf Bankı (IsDB) ilə tərəfdaşlığın gücləndirilməsində maraqlıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.
"Bakının 2010-cu ildən sonra Qrupun İllik Toplantılarına 2-ci dəfə ev sahibliyi etməsi bizim üçün böyük qürur mənbəyidir. Tədbir Prezident cənab İlham Əliyevin yüksək himayəsi altında təşkil olunub. İnanırıq ki, "Davamlı tərəqqi naminə regional inteqrasiya" mövzusu altında keçirilən bu toplantılar məhsuldar müzakirələr və gələcəyə yönəlmiş təşəbbüslərlə yadda qalacaq. Fürsətdən istifadə edərək, Qrupun Prezidenti Məhəmməd Süleyman Əl-Casir və bütün komandanıza İllik Toplantıların, Özəl Sektor Forumunun, eləcə də digər mühüm tədbir və sessiyaların yüksək səviyyədə təşkilinə görə səmimi təşəkkürümü bildirirəm. Bu uğur sizin fədakar əməyinizin, peşəkarlığınızın və tərəfdaşlığa sadiqliyinizin nəticəsidir. Eyni zamanda, Əl-Casiri bu vəzifəyə yenidən seçilməsi münasibətilə bir daha təbrik edir, onun Bankın fəaliyyətinin gücləndirilməsinə, eləcə də Azərbaycan da daxil olmaqla üzv ölkələrə xidmət istiqamətində göstərdiyi dəyərli töhfələri yüksək qiymətləndirdiyimizi vurğulamaq istəyirəm", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...