Məhərrəm Əliyev vəzifəsindən azad olunub
01
iyn
2017
19:21
General-leytenant Məhərrəm Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının strukturunda edilmiş son dəyişikliklə Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidməti ləğv olunub.
Bununla əlaqədar həmin xidmətin müdafiə məsələləri şöbəsi də avtomatik ləğv olunmuş, M. Əliyev isə şöbə müdiri vəzifəsini itirmiş sayılır.
O, hələlik yeni təyinat almayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan prezidentinin yeni köməkçiləri təyin olunub (SİYAHI)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. APA-nın məlumatına görə, dövlət başçısının yeni köməkçiləri təyin olu...