Məzahir Pənahovdan xəbərdarlıq: "Onlar haqqında ciddi ölçü götürüləcək"

Məzahir Pənahovdan xəbərdarlıq: Onlar haqqında ciddi ölçü götürüləcək
Siyasət 969

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, MSK sədri sosial şəbəkələrdə paylaşılan bütün məlumatların araşdırılacağını bildirib.

O qeyd edib ki, bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək:

“Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib. Kaş ki, bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun addımlar atılacaq. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi, görünür, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.

Son xəbərlər