MSK-dan “sükut günü” ilə bağlı namizədlərə XƏBƏRDARLIQ

MSK-dan “sükut günü” ilə bağlı namizədlərə XƏBƏRDARLIQ
Siyasət 260

“Deputatlığa namizədliyi qeydə alınmış şəxslər “sükut günü” seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olsa, həmin şəxslərlə bağlı MSK tərəfindən qanuna müvafiq addımlar atılacaq”.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid ediyini bildirib:

“Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq”.

Xatırladaq ki, bu gün ölkədə “sükut günü”dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Son xəbərlər