Ülvi Quliyevin seçki qərargahı təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumat yayıb - VİDEO

Ülvi Quliyevin seçki qərargahı təbliğat-təşviqat kampaniyası ilə bağlı məlumat yayıb - VİDEO
Video
Siyasət 255

Bu gün deputatlığa namizədlər üçün ayrılan təbliğat-təşviqat kampaniyası başa çatır.

BAKU.WS xəbər verir ki, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyevin seçki qərargahı təbliğat-təşviqat kampaniyası dövründə görülən işlərlə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, kampaniya müddətində Ülvi Quliyevin komandası bütövlükdə rayon ictimaiyyəti ilə mütəmadi olaraq görüşlər keçirib, onların bütün təklifləri dinlənilərək qeydə alınıb.

15 saylı Yasamal birinci seçki dairəsində ümumi seçiciləri sayının 44620 nəfər olduğu qeyd edilərək geniş tərkibli görüşlərdə planlaşdırılan layihələr, proqramlar dairənin ərazisində olan sakinlərlə bölüşülüb. Seçicilərlə sosial şəbəkələrdə də ünsiyyət qurulub, bu müstəvidə də böyük işlər görülüb.

Təbliğat-təşviqat kampaniyası zamanı dairədə bütün deputatlığa namizədlər üçün bərabər şərait yaradılıb. Ülvi Quliyevin komandası öz fəaliyyətini qanunvericiliyə uyğun şəkildə həyata keçirib.

Seçki Qərargahı seçiciləri seçki günü fəal olmağa, seçkilərdə iştirak etməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb.

Son xəbərlər