Məşhur mebel markası Rumıniya meşələrini məhv edir - FOTO

Məşhur mebel markası Rumıniya meşələrini məhv edir - FOTO
Foto
Siyasət 124

Ekoloji fəallar IKEA mebel markasının Rumıniya meşələrini məhv etməkdə ittiham edirlər.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, fəallar ölkədəki rüşvətxor atmosferdən istifadə edərək bütün meşələrin mebel fabriki tərəfindən yarasız hala salındığını vurğulayıblar.

Dünyaca məşhur marka uzun müddətdir ki, Rumıniyanın zəngin meşələrini sürətlə və sistemli şəkildə məhv etməsi ekoloqların diqqət mərkəzinədədir.

Aparılan araşdırmalardan sonra bunun ən çox təsirinin Karpat Dağlarındakı meşələrində olduğu ortaya çıxıb. Bura Avropanın ən böyük meşələrindən biridir.

Ekoloji qeyri-hökumət təşkilatı "Greenpeace"in hesabatına görə, Rumıniyanın 100 min illik meşələrinin 50 faizdən çoxu son 20 ildə qanunsuzluq səbəbindən məhv edilib.

Məlumat üçün bildirək ki, Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla 13 ölkə IKEA-nın mebellərini alır.

Son xəbərlər