Məşhur aktyor vəfat edib - FOTO
"The Office" serialında Keyt Bişop obrazını canlandıran aktyor və komediya ustası İven Makintoş 50 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, aktyorun ölüm xəbəri “JustRight Management”dən verilən açıqlamada qeyd olunub:
“Sevimli komediya dahimiz ustası İven Makintoşun hüzur içində dünyasını dəyişdiyini böyük kədər hissi ilə bildiririk”.
Serialın yaradıcısı Ricky Gervais öz paylaşımında bunları deyib:
"Çox kədərli xəbər. Çoxlarının “The Office”dən "Böyük Keyt" kimi tanıdığı çox gülməli və çox yaraşıqlı İven Makintoş dünyasını dəyişdi. Hüzur içində yatsın".
2022-ci ildə xəstəxanada müalicə alan Makintoşun səhhətində bəzi problemlər yaşanırdı. Aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qalereya
Oxşar xəbərlər
2023-cü ildə həyatını itirən türkiyəli məşhurlar - FOTO
Türkiyədə 2023-cü ildə sənət aləmindən bir çox məşhurlar vəfat edib. BAKU.WS Türkiyə mətbuatına isinadən həyatını itirən məşhurları təqdim edir: Burhan Çaçan "Ç...