Dünya şöhrətli caz ustası 92 yaşında vəfat edib - FOTO

Dünya şöhrətli amerikalı caz ustası və bəstəkarı Əhməd Camal 92 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin qızı Süməyyə Camal məlumat yayıb.
O, atasının prostat xərçəngindən dünyasını dəyişdiyini açıqlayıb.
Qeyd edək ki, üç yaşından etibarən piano çalan Camal, 14 yaşında peşəkar karyerasına başlayıb, 25 yaşında ilk albomu "Ahmad Camal Plays"i çıxarıb və 1958-ci il albomu ilə demək olar ki, bütün dünyaya səs salıb.
Onun “At the Pershing: But Not For Me" albomu bütün zamanların ən çox satılanlarından biri olub. Ə.Camal 1994-cü ildə Milli İncəsənət Fondu tərəfindən "Cazın Ustası" adına, 2017-ci ildə ömürlük Grammy mükafatına layiq görülüb.
Qalereya
Oxşar xəbərlər
Türkiyənin “Pianoçu”su duyğulandırdı: Hatayda müəllim dağılmış məktəbə girdi, piano çaldı - VİDEO
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda dağıntılar altındakı binalardan gələn piano səsləri izləyənlərə “Pianoçu” filmini xatırladıb. Bu görüntülər sosia...
