Məşhur aktyor Ukrayna ordusuna qoşulub rütbə aldı - FOTO

Məşhur aktyor Ukrayna ordusuna qoşulub rütbə aldı - FOTO
Siyasət 3

“Qara qarğa”, “Mən qəbiristanlıqda işləyirəm”, “Böyük gəzinti” və digər filmlərdə rol alan ukraynalı aktyor Aleksey Tritenko Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub.

BAKU.WS xəbər verir ki, bu barədə o özü paylaşım edib.

Məşhur aktyor Ukrayna ordusuna qoşulub rütbə aldı - FOTO

O, bildirib ki, son vaxtlar hərbi forma geyindiyi üçün insanlar tərəfindən o qədər də yaxşı qarşılanmır.

Tritenkonun sözlərinə görə, genişmiqyaslı işğalın əvvəlində o, Ukrayna hərbi qulluqçusu olub, lakin bunu sosial şəbəkələrdə reklam etməyib.

“Nəzərinizə çatdırmaq istərdim: genişmiqyaslı işğalın başlanğıcı ilə hərbi forma geyindim, aşağıda Ukrayna Silahlı Qüvvələrinin sıralarına qəbul olunmağım üçün əmr əlavə edirəm (əlbəttə ki, bu sənədi paylaşmaq komandanlıqla razılaşdırılıb). O vaxtdan şərəflə formanı geyinmişəm və Ukrayna Silahlı Qüvvələrinin fəal hərbçisiyəm”, – Tritenko yazıb.

Məşhur aktyor Ukrayna ordusuna qoşulub rütbə aldı - FOTO

Aktyor əlavə edib ki, o, artıq kiçik çavuş rütbəsinə malikdir.

Bundan əvvəl Tritenko öz bloqunda dəfələrlə hərbi geyimdə fotolar dərc etsə də, detalları açıqlamayıb.

Son xəbərlər