Meryem Uzerli dünyanın tanınmış simaları ilə bir arada - FOTO
Məşhur aktrisa Meryem Uzerli Dubayda keçirilən Beynəlxalq Qadınlar Konvensiyasının tədbirinə qatılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2000-dən artıq adamın iştirak etdiyi tədbirdə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı, supermodel Karla Bruni, məşhur tennisçi Mariya Şarapova kimi tanınmışlar da yer alıblar.
Tədbirdən sonra ziyafət təşkil edilib. Yemək zamanı Karla Bruni Meryem Üzerli ilə eyni masada əyləşərək foto çəkdirib. Onlar gecə boyunca çoxlu söhbət edib, bəzi mövzularda müzakirələr aparıblar.
Sosial şəbəkələr və mətbautda paylaşılan foto hər kəs tərəfindən çox bəyənilib. Onlar "Necə də gözəl ziyafətdir" deyə şərhlər də yazıblar.
Oxşar xəbərlər
Meryem Üzerli fanatı ilə yemək yeyərək 4 milyon qazandı - FOTO
Məşhur aktrisa Meryem Üzerli fanatı ilə yediyi yeməkdən 4 milyon lirə (təxminən 212 min AZN) qazanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "O Ses Tü...