Merapi vulkanı püskürüb

27
iyl
2023
21:56
İndoneziyanın Yava adasında Merapi vulkanı püskürüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, lava axınları kraterdən demək olar ki, iki kilometr məsafəyə yayılıb.
Merapiyə nəzarət edən elmi stansiyanın əməkdaşı vulkanın ağzından 350 metr hündürlüyə qədər tüstü qalxdığını bildirib.
Yerli sakinlərə yeddi kilometrlik mühafizə zonasına daxil olmamaq, həmçinin dağ çaylarından uzaq durmaq tövsiyə olunur. Lava axınları və isti kül buludları potensial təhlükə yaradır.

Oxşar xəbərlər
Bu ölkədə güclü zəlzələ - Ölən və yaralananlar var
İndoneziyanın Yava adasında Rixter cədvəli üzrə 6,4 maqnitudada zəlzələ baş verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii...