“Məntəqələrin 96%-də səsvermənin gedişinə kölgə sala biləcək pozuntu baş verməyib”

“Məntəqələrin 96%-də səsvermənin gedişinə kölgə sala biləcək pozuntu baş verməyib”
Siyasət 359

“Seçki məntəqələrinin 96%-də səsvermənin gedişinə kölgə sala biləcək hansısa pozuntu baş verməyib”.

BAKU.WS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, bu, yüksək göstəricidir: “Bu nəticənin əldə edilməsi üçün MSK-nın maarifləndirmə işlərinin də böyük təsirləri olub.

Müxtəlif dövlət qurumlarının nümayəndələri də öz vəzifələrinin öhdəsindən gəlməyi bacarıb. Seçkilərdə rekord sayda namizəd qeydə alınmışdı”.

Son xəbərlər