"Mən koronavirusa qalib gəldim" - VİDEO

Mən koronavirusa qalib gəldim - VİDEO
Video
Siyasət 1994

Koronavirusa yoluxanların sayı günü-gündən artır, ancaq xəstəliyi məğlub etməyi bacaranlar da çoxdur.

BAKU.WS xəbər verir ki, bu günə kimi dünya üzrə 53 min 423 nəfər sağalmağı bacarıb.

Sinqapurlu Culinin dedikləri bu virusla mübarizədə insanlara böyük ilham verib. O, ölkəsində bu günə kimi sağalan 78 nəfərdən biridir.

Sizi Culinin heyakəsini öz dilindən izləməyə dəvət edirik:

"3 fevral tarixində mənim hərarətim qalxdı. Əvvəlcə qızdırmam 38,2, daha sonra 38,5 oldu. Mən iki tabletka qəbul etdim və halım yaxşılaşdı. Sadəcə özümü yorğun hiss edirdim və bütün günü yatdım.

Bundan sonra hərarətim düşdü və həftə sonu özümü yaxşı hiss etməyə başladım. Nə burun axması, nə də öskürək var idi. Lakin 7 fevral gecə 03:00-da mən oyananda otaq ətrafıma fırlanırdı".

Növbəti gün sinqapurlu qadında koronavirus aşkar edilmiş və o, xəstəxanaya yerləşdirilmişdi.

"Mən izolyatorda qalırdım. Ora dörd tərəfi bağlı və qapısı olan yer idi. Mənə gündəlik dərman, yemək, geyim və digər əşyaları təhlükəsizlik qaydalarına riayət etməklə verirdilər. Belə bir şəraitdə yanımda telefon da yox idi. Bir müddətdən sonra sadəcə insanlarla danışmaq istəyirdim.

Səhhətim kritik vəziyyətə çatanda nəfəs almaq çox çətin idi. Həmin vaxt hərəkət etmək heç də asan olmurdu. Çox gəzə bilmirdim və ancaq oturmaq istəyirdim", - deyə koronavirusdan sağalan qadın əlavə edib.

Sinqapurlu Culinin xəstəxanadakı müdaxilədən sonra səhhəti normallaşıb və 9 gündən sonra o, evə buraxılıb. Həkimlərin sözlərinə görə, o, tam sağalmağı bacarıb.

Son xəbərlər