Məmmədyarov və Lavrov Dağıstana toplaşan azərbaycanlıların məsələsini müzakirə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti baş tutub.
BAKU.WS Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, nazirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.
Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriblər. Nazir Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirilmiş ən son videokonfrans formatında görüşü barədə məlumatlandırıb.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...