Rusiyada məktəbə hücum etməyə hazırlaşan yeniyetmə saxlanıldı
07
noy
2023
15:08
Rusiyanın Samara vilayətində 14 yaşlı yeniyetmə tərəfindən məktəbə hücum cəhdinin qarşısı alınıb.
BAKU.WS bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, o, FSB əməkdaşları tərəfindən saxlanılıb.
Yeniyetmənin evinə baxış zamanı 6 şüşə molotov kokteyli, aseton və alüminium tozu götürülüb.
İddialara görə, yeniyetmə partlayıcı qurğu yığmaq niyyətində olub.
Dindirilmə zamanı şagird məktəbə hücum edərək müəllimləri və sinif yoldaşları ilə hesablaşmaq niyyətində olduğunu etiraf edib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycanlı biznesmenə görə nazir müavini işdən qovuldu
Samara vilayəti üzrə daxili işlər nazirinin müavini, daxili xidmət general-mayoru Yuri Safronov vəzifəsindən azad edilib. BAKU.WS lent.az-a istinadən xəbər veri...