Meksikada meymunlar isti havadan öldülər

Meksikada meymunlar isti havadan öldülər
Siyasət 97

Son bir aydır Meksikada davam edən isti hava şəraiti həyatı iflic edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə nazirliyinin yaydığı məlumata əsasən martın 17-dən mayın 11-nə qədər 26 insan həyatını itirib.

Hədsiz isti hava təbiətə də ziyan vurub. Belə ki, temperatur 45 dərəcəni keçdiyinə görə "Tabasco" vilayətində 85 meymun ölüb.

Meymunların ölümünü susuzluqdan olduğu qeyd edilib. Könüllülər meşələrə su və meyvə qabları gətiriblər, ölən meymunları toplayıblar.

Bu meymunlardan bəzilərinin adlı Beynəlxalq Təbiəti Mühafizə Birliyinin Qırmızı Siyahısında yer alır.

Son xəbərlər