Meksikada DƏHŞƏT: Avtobus dərəyə aşdı, 18 nəfər öldü - VİDEO
01
may
2023
11:06
Meksikanın Nayarit ştatının Kompostela bələdiyyəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 18 nəfər ölüb, 33 nəfər yaralanıb.
Bu barədə BAKU.WS xarici mətbuata istinadən xəbər verir.
Ölən və yaralananlar arasında çoxlu sayda uşağın olduğu qeyd olunur.
Nayarit valisi Miguel Angel Navarro verdiyi açıqlamada qəza ilə bağlı araşdırmalara başlanıldığını və ilkin məlumata görə, qəzanın avtobusda mexaniki nasazlıq nəticəsində baş verdiyini bildirib.
Oxşar xəbərlər
Ərdoğan 10 valini vəzifəsindən azad etdi - SİYAHI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 10 valisini vəzifəsindən azad edib. BAKU.WS xəbər verir ki, Türkiyə dövlət başçısının müvafiq fərmanı “Resmi Gaz...