Mehriban Əliyeva Ömər Eldarovu təbrik edib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı, heykəltaraş, “Şərəf”, “İstiqlal”, 1-ci dərəcəli “Əmək” və “Heydər Əliyev” ordenlərinin sahibi Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
"Hörmətli Ömər Eldarov!
Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə, MEHRİBAN", - deyə paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar. BAKU.WS xəbər ve...