Media və Yayım Şurasının strukturu təsdiqlənib
"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.
Qanuna əsasən, vahid qurumun - Media və Yayım Şurasının yaradılması, Şura ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verən effektiv mexanizmdir.
Dövlət başçısının müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının strukturu da təsdiqlənib.
Oxşar xəbərlər
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. BAKU.WS bununla bağlı President...