Mədəsində narkotik keçirməyə çalışan şəxs Erzincanda saxlanıldı - FOTO

Mədəsində narkotik keçirməyə çalışan şəxs Erzincanda saxlanıldı - FOTO
Foto
Siyasət 33

Türkiyədə İrandan Erzincana mədəsində narkotik keçirməyə cəhd edən İran vətəndaşı müayinədən sonra tutularaq həbsxanaya göndərilib.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, Erzincanda narkotiklə mübarizə çərçivəsində polislər şəhərdə saxladıqları İran dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda udaraq narkotik daşıdığı ehtimal edilən şübhəli Abdulmennan S-ni nəzarətə götürüb.

Erzincan Mengücek Qazi Təhsil və Araşdırma Xəstəxanasında aparılan daxili bədən müayinəsində şübhəlinin 106 patronda 1198 qram tiryək saqqızı udduğu müəyyən edilib. Daha sonra, anusdan təbii yolla həmin 106 patron tiryək saqqızı çıxarılıb.

Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəli Əbdülmennan S, çıxarıldığı məhkəmədə həbs edilib.

Son xəbərlər