MDB ölkələrinin birgə antiterror təlimi keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
MDB ölkələrinin birgə antiterror təlimi bu il ilk dəfə Özbəkistan ərazisində keçiriləcək.
Bu barədə Moskvada MDB iştirakçısı olan dövlətlərin milli antiterror mərkəzləri rəhbərlərinin (qərargah rəislərinin) 17-ci iclasının yekunlarına dair MDB Antiterror Mərkəzinin (ATM) Mətbuat Xidməti məlumat yayıb.
“Nümayəndələr terrorizmə qarşı mübarizə sisteminin effektivliyinin yoxlanılmasında və birgə fəaliyyətin ahəngdarlığının işlənib hazırlanmasında mühüm elementin antiterror təlimləri olduğunu qeyd ediblər. MDB-yə üzv dövlətlərin builki “Şərq-Antiterror - 2024” təlimi ilk dəfə Özbəkistan Respublikası ərazisində keçiriləcək”, - ATM-in məlumatında deyilir.//trend
Oxşar xəbərlər
“Crocus City Hall” terroru - nüvə silahından təhlükəli planın ilk addımı - FOTO - ŞƏRH
Güclü, zəif, varlı, kasıb olmasından asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb. 30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosun...