Mayda yağan qar görənləri təəccübləndirdi - FOTO/VİDEO

Mayda yağan qar görənləri təəccübləndirdi - FOTO/VİDEO
Foto Video
Siyasət 110

Türkiyənin qərb bölgələrində yaz havası hökm sürsə də, may ayında Ərzincana yağan qar bölgənin yüksək dağlıq hissələrini ağ örpəyə bürüyüb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətdə gecə boyu lopa-lopa yağan qar sakinlər arasında çaşqınlıq yaradıb.

Məlumata görə, qar Refahiye mahalının Gemecik kəndini, Keşiş və Munzur dağlarının zirvələrini tamamilə örtüb.

Qeyd edək ki, Erzincanda hava iqlim normalarından olduqca aşağı temperaturdadır.

Son xəbərlər