Mariyana Kuyundziç: Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi üzrə bir sıra layihələr reallaşdırır
Avropa İttifaqı Azərbaycanda minaların təmizlənməsi sahəsi üzrə bir sıra lahiyələr həyata keçirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı panel sessiyada deyib.
O bildirib ki, Aİ mina təhlükəsinə qarşı mübarizədə gender yanaşmasının tətbiqinə də xüsusi önəm verir və Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılmasına dəstək göstərib:
"Hazırda Sloveniya mənşəli "International Trust Fund for Enhancing Human Security" ilə genişmiqyaslı layihə üzrə danışıqlar davam edir. Bu layihə ANAMA-nın institusional və əməliyyat potensialının gücləndirilməsinə yönəlib. Layihə çərçivəsində mina aşkarlayan itlərin xüsusi təlimi, vacib əməliyyat avadanlıqlarının təmin edilməsi, mina qurbanlarına yardım, həmçinin xüsusi təyinatlı ambulansların təqdim olunması nəzərdə tutulur. Bu sənədlərin yaxın zamanda imzalanaraq icraya başlanması planlaşdırılır".
Aİ minadan çirklənmiş ərazilərin yenidən təhlükəsiz torpaqlara çevrilməsinə hər zaman dəstək göstərib.
"İnsanların təhlükəsiz şəkildə hərəkət etməsi son dərəcə vacibdir. Heç kim addım atarkən qorxu hiss etməməlidir. Mən iki gün əvvəl Qarabağa səfər etdim və orada müharibənin dəhşətli nəticələrini gördüm. Amma eyni zamanda imkanları, aparılan quruculuq işlərini və həyatın necə geri qayıtdığını da müşahidə etdim".
Aİ nümayəndəsi qeyd edib ki, həyatın geri qayıtması isə asan proses deyil:
"Məsələn, Xorvatiya mina təmizləmə prosesini yalnız bu il - müharibədən 31 il sonra tamamlaya bildi. Halbuki Azərbaycan əraziləri daha geniş şəkildə mina ilə çirkləndirilib. Bu proses çox uzun və çətin olsa da, mütləq həyata keçirilməlidir. Avropa Birliyi bu istiqamətdə dəstək göstərmək üçün buradadır".
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında 19-dan çox rezident fəaliyyət göstərir
Qarabağ və Şərqi Zəngəzurdakı sənaye parklarında artıq 19-dan çox rezident fəaliyyət göstərir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı...