Mariupolda doğum evinə hücum oldu, ölən və yaralananlar var
Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.
"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib.
Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:
"Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".
Oxşar xəbərlər
Rusiya hərbçiləri Mariupolda humanitar dəhlizə hücum etdi - VİDEO
Rusiya hərbçiləri Mariupolda humanitar dəhlizə hücum edib. Bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatının mətbuat mərkəzindən məlumat verilib. Bildirilib ki...