Marina Ovtsınova: Beynəlxalq ictimaiyyət iqlim maliyyələşməsinə kifayət qədər vəsait ayırmır
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq ictimaiyyət iqlim maliyyələşməsinə kifayət qədər vəsait xərcləmir.
Bu barədə "Report"a açıqlamasında "Allatra" beynəlxalq ictimai hərəkatının prezidenti Marina Ovtsınova COP29 iqlim konfransında bildirib.
"Biz geri dönüş nöqtəsinə nə qədər az qaldığını dərk etmirik", - o vurğulayıb.
Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi maksimum həddə çatıb və dünya birliyi bu problemi təcili həll etməlidir: "Biz təbii fəlakətlərin sayının artımının şahidiyik. Planeti çirkləndirməyə davam edib eyni zamanda da müsbət dəyişikliklər gözləmək olmaz".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak...