Maradona yenidən xəstəxanaya yerləşdirilib

12
noy
2020
23:19
Əfsanəvi argentinalı Dieqo Maradona yenidən xəstəxanaya yerləşdirilib.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu dəfə səbəb ölkəsinin “Ximnasiya” klubunun baş məşqçisinin alkoqol aludəçisi olmasıdır.
Yenicə beyin əməliyyatı keçirən və bu gün evə buraxılan 60 yaşlı mütəxəssis dərhal sonra alkoqol aludəçiliyindən müalicə almaq üçün Buenos Ayresdə klinikaya aparılıb. Reabilitasiya mərkəzində yalnız yaxın dostlarının onu ziyarət etməsinə icazə verilir.
Qeyd edək ki, Maradona noyabrın 2-də xroniki subdural hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Xəstəxanaya yerləşdirilən Maradonanın durumu açıqlandı
Xəstəxanaya yerləşdirilən Argentinanın "Ximnasiya və Esqrima" komandasının baş məşqçisi Dieqo Maradonanın vəziyyəti açıqlanıb. BAKU.WS report-a istinadən xəbər...