İmamoğlunun qarşısına sabiq nazir namizəd kimi çıxarılacaq - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri üçün 12-si böyük şəhər olmaqla, 28 bələdiyyə sədri namizədini ictimaiyyətə açıqlayacaq.
BAKU.WS "haberler.com"a istinadən xəbər verir ki, hakim partiyanın İstanbul şəhəri üzrə namizədi sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum olacaq.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün İstanbul da daxil olmaqla bütün vilayətlər üzrə namizədlərin adlarını Konqres Mərkəzində keçiriləcək mərasimdə elan edəcək.
İstanbul Böyükşəhər Bələdiyyəsinin namizədliyi ilə bağlı Ədalət və İnkişaf Partiyası və Murat Kurumdan hələlik heç bir açıqlama verilməyib. Qərar bugünkü tədbirdə ictimaiyyətə açıqlanacaq.
Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən olan Əkrəm İmamoğludur.
Qalereya
Oxşar xəbərlər
Türkiyə xalqının seçimi - Kılıçdaroğlu 11-ci dəfə Ərdoğana uduzdu
Türkiyədə prezident seçkilərinin ikinci turunun nəticələri məlum olub. Rəcəb Tayyib Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb. Beləliklə, Rəc...