İmamoğlu “sənə kətə verərəm, səs vermərəm” deyən qadının evinə getdi – VİDEO

07
avq
2019
18:40
İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu seçkilər zamanı ona “Sən Ərdoğana bağlı deyilsən, sənə kətə verərəm, səs vermərəm” deyən Məhzure Kələşin evinə gedib.BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, o zaman “başqan olub evinə gələcəm” deyən İmamoğlu, sözünü tutaraq qadını ziyarət edib.Məhzurə Kələs məşhur qonağına söylədiyi sözlə yenə gündəmə damğasını vurub: “Səni mən məşhur etdim”.İmamoğlu onun bu sözlərini qəhqəhə ilə qarşılayıb.Xatırladaq ki, Əkrəm İmamoğlunun Ərdoğan fanatı olan Məhzurə Kələşlə bazardakı söhbəti uzun müzakirələrə səbəb olmuşdu.

Oxşar xəbərlər
İmamoğlunun ingiliscə danışması sosial şəbəkələrdə olay oldu – VİDEO
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğluya təbriklərin ardı-arası kəsilmir.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki,...
