Maliyyə Nazirliyi icra başçısının fəaliyyətini yoxlayır - RƏSMİ

Maliyyə Nazirliyi icra başçısının fəaliyyətini yoxlayır - RƏSMİ
Siyasət 2153

Maliyyə Nazirliyi Goranboy rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Modern.az saytına Goranboy İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"Maliyyə Nazirliyi tərəfindən sabiq icra başçısının fəaliyyət dövrü barədə müvafiq yoxlama işləri aparılıb. Lakin yoxlama zamanı koorrupsiya və ya digər neqativ halların aşkar edildiyi barədə hələ ki rayon İcra Hakimiyyətinə heç bir rəsmi məlumat verilməyib”,- deyə İctimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Oxşar xəbərlər

Prezident bu rayonların icra başçılarını dəyişdi - SƏRƏNCAM

Prezident bu rayonların icra başçılarını dəyişdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Asif Həbib oğlu Hüs...

5740 Siyasət 14:50 05 aprel 2019

Son xəbərlər