Makronun erkən seçki qərarı partiyasında qəzəblə qarşılandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa prezidenti Emmanuel Makronun parlamenti buraxaraq erkən seçkilərin keçirilməsi haqqında bəyanatı onun partiyası "Yenidənqurma"da qəzəb doğurub.
Bu barədə "Bloomberg" agentiyi yazıb.
Agentliyin məlumatına görə, Fransa baş naziri Qabriel Attal və Milli Məclisin sədri Yael Bron-Pive Makronun bu qərarı ilə razılaşmayıblar.
"Makron qərarını elan edəndə, sıralarımızda şok və qəzəb var idi", - deyə "Yenidənqurma" partiyasının deputatı Kristofer Marionun sözləri dərc olunub.
Partiyanın başqa bir üzvü isə parlamentdə yerlərin itirilməsi perspektivindən narahat olduğunu bildirib.
Qeyd edək ki, Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq istefa verməyəcəyini açıqlamışdı.
Oxşar xəbərlər
Fransanın ilk homoseksual baş naziri keçmiş sevgilisini XİN rəhbəri təyin edib - FOTO
Fransanın ilk homoseksual baş naziri, 34 yaşlı Qabriel Attal kabinetini açıqlayıb. Attal üzük taxıb bir müddət birgə yaşadığı, keçən il isə ayrıldığı, keçmiş se...