Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasında davamlı sülhə töhfə verməyə hazırıq
10
apr
2025
22:23
Gürcüstan həmişə dialoq üçün açıqdır və bölgədə davamlı sülhə nail olmaq istiqamətində öz töhfəsini verməyə hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
"Biz dəfələrlə bəyan etmişik ki, Gürcüstan hər zaman sülh və dialoq üçün açıqdır. Biz hazırıq ki, öz töhfəmizi verək və hər iki tərəf arasında yekun tənzimlənmə üçün çalışaq. Məqsədimiz bölgədə davamlı sülhün təmin olunmasıdır", - Boçorişvili vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan Ermənistanın keçmiş rəhbərliyinin Qarabağla bağlı mövqeyini tənqid edib
"Müxalifət hakimiyyətdə olduğu dövrdə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi üzrə niyə qərarlar qəbul etmədiyini xalqa izah etməli idi". BAKU....