Magistral yolda "protiv" sürən daha bir sürücü saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.
Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumat üçün qeyd edək ki, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Türkiyədə ağır yol qəzası: Ölənlər və yaralananlar var - FOTO
Türkiyədə dəhşətli yol qəzası baş verib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğla şəhərinin Menteşe rayonunda qeydə alınan qəza zamanı 35 TTM 70 qe...