Madonna Türkiyə və Suriya üçün ÇAĞIRIŞ ETDİ - FOTO

Dünyaca məşhur ABŞ-li müğənni, aktrisa, prodüser Madonna "Sevgililər Günün"də Türkiyə və Suriyadakı zəlzələ ilə bağlı çağırış edib.
BAKU.WS-in xəbərinə görə, ulduz bu barədə 18,8 milyon izləyicisi olan instaqram hesabında zəlzələdən fotolar paylaşıb.
"Sevgililər günündə hamı sevgidən danışır. Bütün sevgimizi, şəfa enerjimizi bu şiddətli zəlzələdə böyük itki və dağıntılar yaşayan Suriya və Türkiyəyə göndərək. 33 181 nəfər ölüb. Bir çox insan evlərini, işlərini və təbii ki, yaxınlarını itirdi. Şəhərlər silindi. Bu çox kədərlidir", - deyə müğənni qeyd edib.
Madonna AHBAP-a ianə verməyə çağırıb.
Qalereya
Oxşar xəbərlər
Angelina Coli zəlzələ ilə bağlı çağırış edib: “Yardımınıza ehtiyacımız var”
Məşhur aktrisa Angelina Coli Türkiyənin Kahramanmaraş şəhərində fevralın 6-da baş verən güclü zəlzələdən sonra bu ölkəyə, habelə Suriyaya yardım etməyə çağırıb....
