Lukaşenko Belarusdakı mümkün müharibədən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, Belarus xalqı qonşu dövlətlərin işlərinə qarışmaq niyyətində olmayan, hər kəsə yalnız sülh və xeyir arzulayan “yer üzündə ən sülhsevər xalqdır”.
“Biz nə atom silahı, nə də “Vaqner”lə heç kimi təhdid etmirik”, - deyə Belarus lideri bəyan edib.
Eyni zamanda Lukaşenko vurğulayıb ki, Belarusa təcavüz olarsa, o, “heç bir qırmızı, sarı, qara və ya mavi xətlər çəkməyəcək”.
“Həmin xətt mövcuddur. Bu xətt dövlət sərhədidir”, - prezident qeyd edib.
Oxşar xəbərlər
Lukaşenko "Vaqner" rəhbərinin Belarusda olduğunu təsdiqləyib
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. “Report” Belarus KİV-inə istina...