İlon Maskın gizli övladı üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı milyarder İlon Maskın kanadalı müğənni Qrayms ilə gizli övladı var.
BAKU.WS xəbər verir ki, bu barədə "Business Insider"in məlumatında bildirilib.
Maskın tərcümeyi-halının müəllifi, jurnalist Uolter İsaakson oğlan uşağının adının Texno Mexanius olduğunu və o, Tau ləqəbini daşıdığını təsdiqləyib.
Onun yaşı açıqlanmayıb.
Qeyd edək ki, bu, Mask və kanadalı müğənni Qraymsın üçüncü övladıdır. Cütlüyün artıq bir oğlu və bir qızı var.
Mask və Qrayms 2018-ci ildən münasibədə başlayıblar. İş adamı və müğənni ilk dəfə 2018-ci ildə birlikdə görütüləniblər. 2021-ci ildə cütlük ayrıldıqlarını elan edib.
Həmçinin milyarderin üç fərqli qadından on bioloji övladı var.
Oxşar xəbərlər
İlon Maskın anası ona Zukerberqlə döyüşməyi qadağan etdi - FOTO
"SpaceX", "Tesla" və tvitter sosial şəbəkəsinin sahibi İlon Maskınanası Mey Mask oğlunun Meta şirkətinin rəhbəri Mark Zukerbreqlə MMA qaydalarına uyğun döyüşünü...