İlon Mask açıqladı: "Twitter" tətbiqi...

İlon Mask açıqladı: Twitter tətbiqi...
Siyasət 57

"Twitter"in rəhbəri İlon Mask "ağıllı" televizorlar üçün "Twitter" tətbiqinin tezliklə buraxılacağını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Mask bu barədə istifadəçilərdən birinin mesajını cavablayarkən bildirib.

İstifadəçi qeyd edib ki, o, "Twitter"i Smart TV-lərdə də görmək istəyir.

Mask ona cavab olaraq, "Yoldadır", - yazıb.

Eyni zamanda, milyarder Smart TV üçün "Twitter"in buraxılış vaxtı barədə məlumat verməyib.

Tətbiqin necə görünəcəyi və hansı funksiyanı yerinə yetirəcəyi də hələlik məlum deyil.

Son xəbərlər