Əli Həsənov: "Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz"
"Azərbaycan xalqı ötən il Türkiyədə baş verən hadisələrin nə olduğunu çox yaxşı bilir. 1993-cü ildən sonra Azərbaycanda olan xain qüvvələr qanuni yolla seçilən hakimiyyəti devirməyə cəhd göstərdilər."
Bunu Türkiyədə 2016-ci ilin iyulun 15-də baş verən dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı "15 Temmuz Dastanı" adlı tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
"Heç kim xalqın iradəsinə qarşı qalib gələ bilməz. İnsanların həyatı ilə oynamaq, öz maraqları uğrunda mübarizə aparmaq cəhdləri uğursuzluğa düçardır. Digər tərəfdən, bu iradəni daşıyan hakimiyyət ölkədə qanunçuluğu, günahı olanların mütləq şəkildə cəzalandırılmasını və günahsız insanların cəzadan xilas olunmasını ehtiva edir", - Ə.Həsənov bildirib.
Prezident köməkçisi çıxışında bildirib ki, bu gün Türkiyə bölgədə və dünyada ciddi güc faktoruna çevrilməkdədir: "Azərbaycanda hər kəs bilir ki, 15 iyul gecəsi, o müdhiş gecə Azərbaycanda demək olar, heç kim yatmadı, səhərə qədər hadisələri izlədi. Azərbaycan prezidentinin köməkçisi kimi, mən şahidəm ki, səhərə qədər cənab Prezident İlham Əliyev o hadisələrin necə cərayan edəcəyinı, Azərbaycanın Türkiyənin qanuni Konstitusiya quruluşunu təmsil edən hakimiyyətinə necə yardım edəcəyini fikirləşdi, düşündü və müvafiq tapşırıqlar verdi. Prezident hakimiyyətə qarşı xain çevriliş cəhdini birmənalı şəkildə pislədi və onlara siyasi qiymət verdi".
Əli Həsənov əlavə edib ki, keçən müddət ərzində Azərbaycan Tükiyədə normal ictimai-siyasi sabitliyin bərpa olunması, sağlam qüvvələrin bu xain cəhdlərin axırına çıxması və bu cəhddə içtirak edənlərin cəza alması istiqamətində Türkiyəyə tələb olunan dəstəyini verdi: "Atatürkün dediyi kimi, Azərbaycanın kədəri Türkiyənin kədəridir, Azərbaycanın sevinci bizim sevincimizdir. Ümumilli lider Heydər Əliyev isə "Bir millət, iki dövlət" müdrik kəlamını irəli sürməklə xalqlarımızın taleyinin bir olduğunu və bundan sonra da bir olacağını birmənalı olaraq bildirdi. Türkiyə xalqı ilə Azərbaycan xalqının qardaşlıq və həmrəylik əlaqələri digər türk-müsəlman xalqları üçün nümunədir".
Oxşar xəbərlər
Prezident Əli Həsənovu öz vəzifələrində saxladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Prezident Administrasiyasının strukturunu dəyişib. BAKU.WS Virtualaz.org xəbər verir ki, dövlət başçı...