İlham Əliyevin əmri ilə bir neçə general istefaya göndərilib - ADLAR
Prezident, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları mətbuata sızıb.
BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, istefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın "AzeriDefence” portalı bildirir.
İstefaya göndərilənlər arasında daha iki yüksək vəzifəli generalın olduğu məlumdur. Onların barəsində məlumat dəqiqləşdirilir.
Qeyd edək ki, istefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi olmuşdu. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olundu.
Orucovdan əvvəl həmin vəzifəni general Eyvaz Cəfərov tuturdu, kadr dəyişikliyinə əsasən Cəfərov Baş qərargah rəisinin 1-ci müavini oldu.
BAKU.WS
Oxşar xəbərlər
İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır
Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə ye...