İlham Əliyev və Paşinyan Tvitter-də Qarabağ münaqişəsinin həllindən yazdılar

İlham Əliyev və Paşinyan Tvitter-də Qarabağ münaqişəsinin həllindən yazdılar
Siyasət 1535

Erməni hökumətinin başçısı Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev dünən Tvitter sosial şəbəkəsində Qarabağ münaqişəsinin nizama salınmasının perspektivləri haqda iki maraqlı mesaj yazıblar.BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan və erməni liderləri yazıları təxminən eyni vaxtda qoyublar.

Qarabağ münaqişəsinin sülh nizamlanması Ermənistanın əsas prioriteti olaraq qalır. Bunu Twitter-dəki mikrobloqunda respublika baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyan yazıb.

"Biz regionda sabitlik və sülh naminə nizamlanmanın sülh prosesini davam etdirəcəyik. Nizamasalma bütün tərəflərdən səylər tələb edir", - deyə Paşinyan vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına yeni impuls verəcək.

"2019-cu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə yeni impuls verəcək", - deyə cümə günü İ.Əliyev Twitter-dəki mikrobloqunda qeyd edib.

BAKU.WS

Son xəbərlər