Azərbaycan Prezidenti ilə Paşinyan arasındakı söhbətlə bağlı RƏSMİ AÇIQLAMA

28
sen
2018
23:48
Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.Prezidentin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevlə Paşinyan ayaqüstü söhbətləşdi - VİDEO
Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas...
