İlham Əliyev və Vladimir Putin arasında görüş 5 saatdan çox çəkib
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putin ilə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
"Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyillər bu il daha da artacaq", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...