İlham Əliyev tacikistanlı həmkarına zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir. Həmin məktubları təqdim edir: “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin...