İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan prezidenti İlham Əliyev 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
Dövlətimizin başçısı 15 İyul hadisələri zamanı həlak olanlarla bağlı Türkiyə Prezidentinə başsağlığı verib, həlak olanların ailə üzvlərinə və yaxınlarına da başsağlığını çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Azərbaycan xalqının qardaş Türk xalqına dəstəyini bir daha ifadə edib, dövlət çevrilişinə cəhdin dəf olunmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın rolunu və liderliyini xüsusi vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Söhbət zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişaf etdiyi bir daha qeyd olunaraq, qarşılıqlı dəstək və həmrəylik ifadə edilib, gələcək təmaslar haqqında danışılıb.
Oxşar xəbərlər
Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirildi
İyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh...