İlham Əliyev göstərdikləri dəstəyə görə Mərkəzi Asiyadan olan dost ölkələrə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Mərkəzi Asiyadan olan dost və qardaş ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin və Qazaxıstan tərəfindən incəsənət mərkəzinin tikilməkdə olduğunu söyləyən dövlətimizin başçısı hər ikisinin inşasının davam etdiyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, məktəb avqustun, gənclər üçün olan incəsənət mərkəzi isə sonuna qədər hazır olmalıdır: “Bunlar dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest və həmrəylik nümunəsi idi”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...