İlham Əliyev Ərdoğana zəng edib - YENİLƏNİB

İlham Əliyev Ərdoğana zəng edib - YENİLƏNİB
Siyasət 119

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı koronavirus xəstəliyinə yoluxması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və həyat yoldaşı Əminə xanıma öz adından və Mehriban xanımın adından cansağlığı arzulamış və şəfa diləklərini yetirmişdir.

Türkiyə Prezidenti göstərilən diqqətə görə dövlətimizin başçısına və Mehriban xanıma öz adından və Əminə xanım adından təşəkkürünü bildirmişdir.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılmışdır.

***20:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.

Son xəbərlər