İlham Əliyev Ərdoğana: Azərbaycanda hər kəs sizi sevir, zəfərimiz üçün çox böyük işlər görmüsünüz
Yeniliklərdən dərhal xəbərdar olun
Siz bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, siz bizim zəfərimiz üçün çox böyük işlər görmüsünüz. Bu gün bərpa dövründə yenə də bizimləsiniz.
BAKU.WS xəbər verir ki, bunun Azərbaycan və Türkiyə prezidentlərinin birgə mətbuat konfransında çıxışı zamanı dövlət başçısı İlham Əliyev bildirib.
"Sıx qrafikinizə baxmayaraq, siz vaxt tapıb bu gün bura gəlmisiniz ki, bu gözəl gündə bizimlə bir yerdə olasınız. Biz bunu çox yüksək qiymətləndiririk. Bu əsl qardaşlıq nümunəsidir, dostluq nümunəsidir. Bu həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm bütün dünyaya bir mesajdır ki, biz birlikdəyik. Birliyimiz sarsılmaz, əbədidir", - deyə prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Türkiyənin "Anadolu" agentliyinə müsahibəsi - TAM MƏTN - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. BA...