İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib
23
may
2024
16:07
"Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.
"Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik", - deyən dövlətimizin başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon mayın 23-də mətbuata bəyanatlarla çıxış ediblər. BAKU.WS xəbər verir ki, əvvəlcə Azər...