İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Söhbət zamanı ölkəmizdə hazırkı postpandemiya dövründə pandemiyadan əvvəlki turizmin inkişaf səviyyəsinin bərpa edilməsi və daha da artırılması istiqamətində həyata keçirilən və görüləcək işlərdən danışılıb. Bu baxımdan ölkəmizin müvafiq strukturları tərəfindən Dünya Turizm Təşkilatının tövsiyələrindən istifadə olunmasının önəmi vurğulanıb.
Ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, hökm sürən əmin-amanlığın, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlərin turizmin inkişafı üçün çox yaxşı zəmin yaratdığı bildirilib.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
***13:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilini qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...