İlham Əliyev: "Çin və Azərbaycan yaxşı dostlardır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Çin və Azərbaycan yaxşı dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan öncə bizim çox yaxşı görüşümüz olub".
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini xatırladıb: “Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar müzakirələrimiz oldu.
“Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. BAKU....