İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” - VIDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Keçmiş raykomun binasıdır. Mənfur düşmən özü üçün burada “meriya” adlı bir qurum “yaratmışdı”. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da qondarma, keçmiş, batmış, gorbagor olmuş “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa! Unutmasınlar, dəmir yumruq yerindədir!”
BAKU.WS xəbər verir ki, bunu Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasında olan Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Ermənilərin Şuşanı tərk edərkən inzibati binalarda talançılığına toxunan ölkə başçısı bunları söyləyib:
“Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda, o qaçaqaçda vaxt tapıb kondisioneri də aparıblar o oğrular”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...